Misir yığması Avstraliya ilə matç öncəsi penaltilər seriyasına ciddi hazırlaşıb.
Misir yığması Avstraliya ilə matç öncəsi penaltilər seriyasına ciddi hazırlaşıb. Şəffaflıq.az xəbər verir ki, bunu Afrika təmsilçisinin baş məşqçisi Husam Hasan Avstraliya yığmasına qarşı DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra bildirib. Mütəxəssis qələbəyə görə futbolçularına təşəkkür edib: "Bu, Misir futbolu üçün tarixi gecədir. Futbolçularım sona qədər inanaraq mübarizə apardılar və xarakter nümayiş etdirdilər. Penaltilər lotereya sayılsa da, biz bu məqama ciddi hazırlaşmışdıq. Azarkeşlərimizi sevindirdiyimiz üçün çox xoşbəxtik. İndi diqqətimizi növbəti oyuna yönəldəcəyik". Qeyd edək ki, Avstraliya - Misir matçının əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (4:2) Misir 1/8 finala yüksəlib.
Facebook-da paylaş








