Şamaxı rayonunun 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib. FOTOLAR
Bildirilib ki, ötən il Şamaxıda dövlət tərəfindən 4 çoxmənzilli bina, 182 fərdi yaşayış ev tikilib, 1100-dən çox ev bərpa, 1300-dən çox ev təmir edilib və bu işlər hazırda da davam edir. Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Nəsir Muxtarlı çıxış edərək, 2019-cu ildə respublikanın və Şamaxının inkişafından danışıb, qarşıda duran vəzifələri bir daha diqqətə çatdırıb.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ildə respublika və rayon miqyasında əldə olunan uğurlar, rayonda aparılan tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, işdə yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
2019-cu ildə rayonda “ASAN xidmət” mərkəzi istifadəyə verilib, 8 orta məktəb, 3 uşaq bağçası, 7 tibb məntəqəsi tikilib. Hazırda 3 məktəbin tikintisi aparılır, 1 məktəbin tikintisinə də yaxın günlərdə başlanacaqdır.
Xüsusi diqqət çəkən məqam isə icra başçısının “DOST-İŞ” Mərkəzində işləyən təmizlik işçiləri və fəhlələri təltif edərək mükafat verməsidir.
Yığıncağın sonunda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul olunub, yığıncaq iştirakçıları adından Prezident cənab İlham Əliyevə müraciət qəbul edilib.
Yığıncağdan Fotol
Facebook-da paylaş