Şamaxıda Dövlət başçısının verdiyi müvafiq tapşırıqların icrası sürətlə aradan qaldırılır, quruculuq işləri uğurla davam etdirilir

Bu ilin fevralında Şamaxıda baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər sürətlə davam etdirilir.
 Prezident İlham Əliyevin təbii fəlakətlə bağlı rayona səfərləri, yaranmış vəziyyətlə yerindəcə tanış olması, sakinlərlə səmimi görüşləri, zəlzələnin fəsadlarının təcili aradan qaldırılması istiqamətində tapşırıqları müəyyən edilmiş zəruri tədbirlərin daha tez həyata keçirilməsinə şərait yaradıb. Dövlət başçısının verdiyi müvafiq tapşırıqların icrası istiqamətində rayonda aparılan ardıcıl, məqsədyönlü işlər yay aylarında daha sürətlə davam etdirilir.
 Şəffaflıq.az xəbər verir ki,təbii fəlakətdən sonrakı günlərdə vətəndaşların müraciəti əsasında 6 min 143 evə baxış keçirilib. Aparılan zəruri işlərlə bərabər, evlərin smeta sənədlərinin hazırlanması və işlərin layihələndirilməsi, eyni zamanda, vətəndaşların müraciətləri əsasında evlərə əlavə baxış davam etdirilmişdir. Evlərdən 372-si qəzalı hesab edilib. Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası 1409 evin bərpaya, 2 min 434 evin təmirə ehtiyacı olduğunu bildirib. 1928 evin vəziyyəti isə qənaətbəxş qiymətləndirilib.
Dövlət başçısının tapşırığına uyğun olaraq Şamaxı şəhər sakinləri 56 yaşlı Vahid Şıxıyev, 55 yaşlı Mahirə Seyidova və evləri qəzalı vəziyyətə düşmüş digər vətəndaşlara yeni ev tikilir. Fərdi yaşayış evləri ilə bərabər, Şamaxı şəhərində evləri zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş sakinlər üçün 3 çoxmənzilli bina inşa edilir.
Ötən 7 ayda qəzalı tikililərdən 53-nün inşası başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Hazırda 83 evdə tikinti işləri aparılır. Bərpaya ehtiyacı olan evlərdən 80-də işlər başa çatdırılıb, 151-də isə tikinti davam etdirilir. 85 evdə təmir işləri sona çatıb, 50-də isə davam etdirilməkdədir. FHN-in gördüyü işlərdən əlavə, zəlzələdən evlərinə ziyan dəymiş vətəndaşların sosial vəziyyətini nəzərə alaraq, Heydər Əliyev Fondu da rayonda 44 evin tikintisini həyata keçirir. Artıq 31 ev tikilir, 12 evdə isə təmir-bərpa işləri görülür.
Məlumatda daha sonra qeyd edilir ki, zəlzələnin fəsadlarının aradan qaldırılması ilə yanaşı, Şamaxıda təhsil, səhiyyə və mədəniyyət sahəsində infrastrukturun yenilənməsi istiqamətində mühüm işlər görülür. Heydər Əliyev Fondu bu il rayonda 7 sosial obyektin tikintisini nəzərdə tutub. Belə ki, şəhər 2 saylı və Meysəri kənd körpələr evi-uşaq bağçalarının, şəhər 2 saylı tam orta məktəbin 1 korpusunun, Məlikçobanlı kənd tam orta məktəbinin, Həmyəli, Birinci Çaylı və Quşçu kəndlərində tibb məntəqələrinin tikintisinə başlanılıb, bir neçə ərazidə isə layihələndirmə işləri aparılır.
Əhalinin məşğulluğunun artırılması üçün təsdiq edilmiş “Məşğulluq Strategiyası”na uyğun olaraq “DOST-İş Mərkəzi” tərəfindən rayon üzrə 420 iş yeri açılıb və 410 nəfər işlə təmin edilib. Bu il 68 nəfər “Azəriqaz” İB, 30 nəfər “Azərişıq” ASC, 4 nəfər “Azərenerji” ASC, 15 nəfər isə Şamaxı Regional Meşə Təsərrüfatı Müəssisəsində işlə təmin edilib.
Prezident İlham Əliyevin 27 avqust 2018-ci il tarixli sərəncamına əsasən, Şamaxı şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi davam etdirilir.İlin əvvəlindən şəhərin bir neçə küçəsində abadlıq işləri aparılıb, yaşıllıqların sahəsi genişləndirilib, Bakı – Şamaxı – Yevlax avtomobil yolunun, rayonun Şəhriyar qəsəbəsinə gedən yolun və Yeni Muğanlı yaşayış massivinin ətrafında 5 mindən çox həmişəyaşıl ağac əkilib.
Rayonda avtomobil yollarının tikintisi və əsaslı təmiri ilə bağlı işlər də yay aylarında sürətlə aparılır. Çuxuryurd – Qaleybuğurd – Sis – Keçmədin – Qaladərəsi kəndlərini birləşdirən 9 kilometrlik yolun və Qonaqkənd –Həmyəli – İkinci Çaylı – İkinci Cabanı – Cabanı kəndlərini birləşdirən avtomobil yolunun tikintisi işləri davam etdirilir. Bir neçə kəndin avtomobil yolları isə əsaslı təmir edilib. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}