Orbanın Türkiyəyə səfəri başlayıb
Macarıstanın Baş naziri Viktor Orbanın Türkiyəyə səfəri başlayıb. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "X"dəki səhifəsində məlumat verib. Onun sözlərinə görə, Orban dekabrın 8-də iki ölkə arasında Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək. "Çoxdankı dostluğumuz olan Macarıstanla görüş strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - nazir qeyd edib.
Xəbəri paylaş
Facebook-da paylaş








