Əsas Səhifə > REGİON > Orbanın Türkiyəyə səfəri başlayıb

Orbanın Türkiyəyə səfəri başlayıb


Dünən, 12:48


Macarıstanın Baş naziri Viktor Orbanın Türkiyəyə səfəri başlayıb.

Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "X"dəki səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Orban dekabrın 8-də iki ölkə arasında Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.

"Çoxdankı dostluğumuz olan Macarıstanla görüş strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - nazir qeyd edib.


Geri qayıt