PKK TERRORÇUSUNDAN ŞOK ETİRAFLAR! - Suriya nefti İraqdan keçirilərək ABŞ-a axır

 

Şəffaflıq.az xəbər verir ki, Adanada Türkiyə dövlətinə təslim olan terrorçular PKK-nın Suriyadakı terror şəbəkəsini ifşa edib. Deyr əz Zor bölgəsində ABŞ və PKK nəzarətində olan 700-dən artıq neft quyusu mövcuddur. PKK/PYD-nin qazandığı milyonlarla dollar 4 gündən bir 12 ədəd zirehli maşınla Kamışlıdakı SAT-KOP adlı yerə aparılır.

Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkə daxilindəki və xaricindəki əməliyyatları nəticəsində ağır zərbə alan, övladları HDP vasitəsi ilə PKK tərəfindən çöllərə qaçırılan ailələrin etiraz aksiyaları ilə üzvlərinin artım rəqəmi sıfıra endirilən PKK-dan uzaqlaşanların sayı sürətlə artır.
Türkiyənin “Yeni Şafak” qəzetinin verdiyi xəbərə görə, Adana Asayiş İdarəsinin Terrorla Mübarizə Şöbəsi əməkdaşlarının fəaliyyəti nəticəsində təslim olan terrorçular PKK-nın  ABŞ hərbçilərinin nəzarətində olan Deyr əz Zor bölgəsindən çıxarılan neftdən qazanılan pulun PKK/YPG terrorçularına xərcləndiyini, yerli xalqın qiyam qaldırmaması üçün isə neftin az qisminin əhaliyə verildiyini bildirib.

Çıxarılan xam neftin barrelinin qiymətinin neftin keyfiyyətinə görə 25-60 dollar arasında dəyişdiyini bildirən terrorçular  Deyr əz Zor bölgəsində Əsəd hökumətinə məxsus heç bir neft quyusunun qalmadığını söyləyib. 700-dən artıq neft quyusunun olduğunu etiraf edən PKK terrorçuları bəzən nefti çatdırıb çıxara bilmədikləri quyuları ABŞ hərbçilərinin təlimatı ilə neft tökərək bağladıqlarını bildiriblər. Terrorçuların bu açıqlaması bölgənin neft sahəsində nə qədər zəngin olduğunu aşkara çıxarıb. Terrorçular beton tökülərək bağladıqları quyuların bir müddət sonra öz-özünə açıldığını və neftin daşıb axdığını bildirib.

NEFT ABŞ-a axır   

Eyn Əl Ərəbdən qaçaraq Türkiyəyə təslim olan terrorçular Deyr əz Zordan çıxarılan neftin ABŞ-a getdiyi marşrutu da açıqlayıblar.
Çıxarılan neftin yerli xalqa satıldığını, yerlilər tərəfindən emal edildikdən sonra qondarma Rojovada ticarət obyektinə çevrildiyini bildiriblər. Terrorçular qalan neftin Deyr Əz Zordakı Derik Semelka sərhəd məntəqəsindən İraqa, buradan da Bəsrə körfəzindən dəniz yolu ilə ABŞ-a göndərildiyini bildiriblər.

Avropa dövlətləri növbədə

Terrorçular PYD tərəfindən yerli xalqa satılan xam neftdən toplanan milyonlarla dollar pulun 4 gündən bir 12 ədəd zirehli maşına doldurularaq, İbrahim və Adnan kod adlı terrorçular tərəfindən Kamışlıdakı SAT-KOP məntəqəsin aparıldığını söyləyiblər. Onlar Avropa dövlətlərinin də PKK-dan neft aldığını iddia ediblər. Danimarka, İsveç, Fransa, Hollandiya və Misirdən olan dövlət nümayəndələrinin terrorçulardan neft nümunələri götürdüklərini söyləyiblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}