Rusiya ilə Türkiyənin arası dəydi: Moskvadan PKK ilə görüşə heyət gəldi - Şok foto
Şəffaflıq.az xəbər verir ki, Türkiyənin "Yeni Şafak" qəzeti yerli mənbələrə istinadla belə bir məlumat yayıb.
Məlumata görə, bir general və iki Rusiya XİN nümayəndəsindən ibarət heyət Əyn-əl-Ərəbdə PKK muxtar idarəsinin həmsədri ilə bir araya gəlib. Bir müddət öncə Əyn-İsada ABŞ-ın çəkildiyi hərbi bazaya yerləşən Rusiyanın Türkiyə sərhədində atdığı bu yeni addım diqqəti bu bölgəyə cəlb edir.
Bəzi bilgilərə görə, ruslar PKK-ya bölgəni türk hücumlarından qoruyacaqlarına təminat veriblər. PKK/YPG, Əsəd rejimi və rus hərbçilərinin birgə olduğu Əyn-əl-Ərəbdə Rusiya heyəti PKK-ya dəstək vədində də bulunduğu söylənilir.
Görüşdən sonra açıqlama ilə çıxış edən Fərat bölgəsi idarə şurasının həmsədri PKK-çı Ənvər Müslüm muxtar idarəetmə qurumlarına səhiyyə, təhsil və təhlükəsizlik mövzusunda dəstəyin müzakirə olunduğunu bildirib.
Onun sözlərinə görə, Rusiyanın ilk dəfə gerçəkləşdirdiyi təmaslar Rusiya-PKK əlaqələrinin inkişafı baxımından önəmli hadisədir.
Ənvər Müslüm Türkiyə Silahlı Qüvvələrinin yeni bir müdaxiləsinə imkan verilməyəcəyi barədə ruslardan təminat aldıqlarını vurğulayıb.
Bu arada Rasulaynın cənub-şərqində toqquşmaların baş verdiyi Tel-Tempdə rus və türk hərbçiləri görüşüb. Türk tərəfi ruslara PKK ilə görüşlərlə bağlı narahatlığını çatdırıb.Teleqraf.com
Facebook-da paylaş