TSQ-dən QİSAS ƏMƏLİYYATI: PKK-nın yuvası yerlə yeksan edildi
Şəffaflıq.az xəbər verir ki, İraqın Ərbil şəhərində türk diplomat Osman Kösenin şəhid olması ilə nəticələnən xain hücumdan sonra Türkiyə Silahlı qüvvələri PKK terror təşkilatının Mahmur düşərgəsinə aviazərbələr endiriblər.
Bu müəssisələrdə PKK üzvlərinə dron təlimi keçilirdi. TSQ bu nöqtələri məhv edib. “Habertürk”ün xəbərinə görə Ərbilin 50 km cənubunda yerləşən Mahmur qapısının hədəfə alınmasına Ərbildəki xain hücumun təşkilatçılarından olan PKK terrorçusu Məzlum Dağın son həftə ərzində 4 dəfə bu bölgəyə gəlib-getməsi də səbəb olub.
Xəbəri paylaş
Facebook-da paylaş