“ASALA” terrorçusu gəbərdi!.. -FOTOLAR

 
 Ona ömürlük həbs cəzası verilsə də, Fransa hökuməti  terrorçunu azad edərək Ermənistana göndərmişdi...
“ASALA” erməni terror təşkilatının üzvü Varujan Karapetyanın canı çıxıb.
 
Şəffaflıq.az Moderator.az-a  istinadən xəbər verir ki, bu haqda səhər saatlarında Ermənistan saytlarından biri məlumat yayıb. 65 yaşlı qaniçənin ölməsi  xəbəri qohumlarından alınıb. Terrorçunun  hansı səbəbdən gəbərməsi haqda məlumat verilmir.


 Xatırladaq ki, "ASALA" üzvü  Varujan Karapetyan 15  iyul 1983-cü il  tarixində Parisin Orli hava limanında yerləşən Türk Hava Yollarının kassasında təşkil etdiyi bomba partlayışına görə Fransa polisi tərəfindən həbs edilmiş və bombanı yerləşdirdiyini boynuna almışdır. Terror aktı nəticəsində 4 fransız, 2 türk, 1 amerikalı və 1 isveç daxil 8 nəfər həlak olmuş və 61 nəfər yaralanmışdır. Fransanın Créteil şəhərində keçirilən məhkəmədə Karapetyan bomba yerləşdirməsi haqda daha öncə etdiyi etirafdan geri çəkilmişdir. Buna baxmayaraq məhkəmə onun terror əməli törətməsini müəyyən etmiş və 3 mart 1985-ci il tarixində haqqında ömürlük həbs hökmü qərarı çıxarmışdır.  Yalnız 17 ilini həbsxanada keçirən Karapetyan 2001-ci ildə Ermənistana sürgün edilməsi şərti ilə Fransa dövləti tərəfindən azadlıqa buraxılmışdır.
2001-ci ildə Fransadan Ermənistana gələn  Karapetyan İrəvanda  ən yüksək səviyyədə — ölkənin baş naziri Andranik Markaryan tərəfindən qarşılanmışdır. İrəvanın bələdiyyə başçısı Robert Nazaryan isə Karapetyanın iş və evlə təmin ediləcəyinə söz vermişdir.
 Karapetyan Orli hava limanında həyata keçirdiyi terror aktı haqda bunları deyib:
"Orli hava limanında həyata keçirilən əməl Levon Əkməkçiyanın 1982-ci ildə İstanbulda edam edilməsinə bir cavab idi. Biz  yüksək rütbəli  işçilərini, habelə generalları və diplomatları daşıyacaq Türk Hava Yollarının təyyarəsini partlatmağı planlaşdırmışdıq. Keçirdiyimiz əməliyyat nəticəsində 10 nəfər türk qətlə yetirilmiş və 60 nəfər yaralanmışdır".

 Son vaxtlaradək Ermənistanda sərnişin daşıma şirkətlərindən birininsahibi olan terrorçu V. Karapetyan Dilicanda yaşayıb.
Allah lənət eləsin!


Sultan Laçın

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}