Əsas Səhifə > Hadisə > “ASALA” terrorçusu gəbərdi!.. -FOTOLAR
“ASALA” terrorçusu gəbərdi!.. -FOTOLAR29-01-2019, 19:20 |
||
Ona ömürlük həbs cəzası verilsə də, Fransa hökuməti terrorçunu azad edərək Ermənistana göndərmişdi... “ASALA” erməni terror təşkilatının üzvü Varujan Karapetyanın canı çıxıb. Şəffaflıq.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda səhər saatlarında Ermənistan saytlarından biri məlumat yayıb. 65 yaşlı qaniçənin ölməsi xəbəri qohumlarından alınıb. Terrorçunun hansı səbəbdən gəbərməsi haqda məlumat verilmir. Xatırladaq ki, "ASALA" üzvü Varujan Karapetyan 15 iyul 1983-cü il tarixində Parisin Orli hava limanında yerləşən Türk Hava Yollarının kassasında təşkil etdiyi bomba partlayışına görə Fransa polisi tərəfindən həbs edilmiş və bombanı yerləşdirdiyini boynuna almışdır. Terror aktı nəticəsində 4 fransız, 2 türk, 1 amerikalı və 1 isveç daxil 8 nəfər həlak olmuş və 61 nəfər yaralanmışdır. Fransanın Créteil şəhərində keçirilən məhkəmədə Karapetyan bomba yerləşdirməsi haqda daha öncə etdiyi etirafdan geri çəkilmişdir. Buna baxmayaraq məhkəmə onun terror əməli törətməsini müəyyən etmiş və 3 mart 1985-ci il tarixində haqqında ömürlük həbs hökmü qərarı çıxarmışdır. Yalnız 17 ilini həbsxanada keçirən Karapetyan 2001-ci ildə Ermənistana sürgün edilməsi şərti ilə Fransa dövləti tərəfindən azadlıqa buraxılmışdır. 2001-ci ildə Fransadan Ermənistana gələn Karapetyan İrəvanda ən yüksək səviyyədə — ölkənin baş naziri Andranik Markaryan tərəfindən qarşılanmışdır. İrəvanın bələdiyyə başçısı Robert Nazaryan isə Karapetyanın iş və evlə təmin ediləcəyinə söz vermişdir. Karapetyan Orli hava limanında həyata keçirdiyi terror aktı haqda bunları deyib:
Geri qayıt |