Dörd ölkə kəşfiyyatı gizli toplandı: Əsas hədəf Türkiyədir - 4 maddəlik qorxunc plan...

  İsrail, Misir, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Səudiyyə Ərəbistanının kəşfiyyat rəhbərləri Türkiyəni hədəfə alan gizli toplantı keçiriblər.
Teleqraf.com xəbər verir ki, bu məlumat Londonda yayımlanan və Yaxın Şərq hadisələrini diqqətdə saxlayan "Middle East Eye" portalında yer alıb.
Məlumata görə, Körfəz ölkələrinin birində baş tutan toplantıya İsrail kəşfiyyatı Mossadın şefi Yosi Koen də qatılıb. Məqsəd bölgədə Türkiyə ilə bərabər İranın da təsirini azaltmaqdır.
İddialara görə, toplantıda Yosi Koen İranının gücünün zəif olduğunu, əsas təhlükənin Türkiyədən gəldiyini bildirib.
Dörd ölkə 4 maddədən ibarət strategiya müəyyənləşdirib:
Əfqanıstanda Talibanla müzakirələri gücləndirmək;
İraqda sünni kartını nəzarətdə saxlamaq;
Bəşər Əsədi yenidən Ərəb Birliyinə qaytarmaq;
PKK/PYD terror təşkilatından yararlanmaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}