AQTA sədri Zərdabda vətəndaşları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Zərdabda vətəndaşları qəbul edəcək. Bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, qəbul noyabrın 21-i saat 10:00-da Zərdab rayon Heydər Əliyev Mərkəzində olacaq və Mingəçevir, Yevlax şəhərləri və Zərdab, Ucar, Ağdaş, Göyçay, Kürdəmir rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək: "Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya "1003-Çağrı Mərkəzi" ilə əlaqə saxlayaraq noyabrın 20-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər". Şəffaflıq.az
Facebook-da paylaş








