Hasil Abbasov Masallıda vətəndaş qəbulu keçirəcək


Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasovun mayın 8-də Masallı rayonunda vətəndaş qəbulu keçiriləcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Qəbula yazılmaq üçün Masallı rayon sakinləri mayın 4-ü saat 14:00-dək 050-309-43-64 telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.

Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş siyahı əsasında həyata keçiriləcək. Şəhid ailəsi üzvləri, müharibə əlilləri, eləcə də digər imtiyazlı şəxslər növbədənkənar qəbul ediləcəklər.

Qəbul sözügedən tarixdə, saat 11:00-dan etibarən Masallı şəhəri, Qarabağ küçəsi 17 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}