Qubada 52 yaşlı kişi evində yanaraq ölüb
Qubada evdə baş verən yanğın zamanı 1973-cü il təvəllüdlü Telman Mövlud oğlu Əhmədov yanaraq ölüb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Paşaoba kəndində baş verib. Belə ki, Telman Əhmədov özünə məxsus yaşayış evində baş vermiş yanğın zamanı aldığı yanıq xəsarətləri nəticəsində mətbəxdə ölüb.
Xəbəri paylaş
Facebook-da paylaş
