Sabirabadda avtomobil kanala aşıb, xəsarət alanlar var
Sabirabad rayonunda avtomobil kanala aşıb, xəsarət alanlar var. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Moranlı kəndi ərazisində baş verib. Belə ki, “Niva” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kanala düşüb. Qəza nəticəsində Moranlı kənd sakinləri, 1999-cu il təvəllüdlü İsmayılzadə Ülvü Abuzər oğlu, 1995-ci il təvəllüdlü Mirzəzadə Eyvaz Aslan oğlu və 2000-ci il təvəllüdlü Mirzəzadə Nemət Sərdar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla balı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
