Yevlaxda itkin düşmüş ruhi-əsəb xəstəliyi olan kişinin meyiti tapılıb
Yevlaxda itkin düşmüş ruhi-əsəb xəstəliyi olan kişinin meyiti aşkarlanıb. Şəffaflıq.az-ın xəbərinə görə, ruhi-əsəb xəstəsi olan Yevlax şəhər sakini Abdullayev Səxavət Novruz oğlunun meyiti Qarabağ Kanalının Yevlax rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti aşkar edilib. Onun meyitinin bədəni üzərində xəsarət izləri aşkar edilməyib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Səxavət Abdullayev bir neçə gün idi itkin düşmüşdü.
Xəbəri paylaş
Facebook-da paylaş
