Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə öldü
Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) verilən məlumata görə, 1977-ci il təvəllüdlü Şəki rayon sakini ağciyərlərin infiltrativ vərəmi (dağılma mərhələsi), kəskin ağciyər- ürək çatışmazlığı ilə təcili yardımla prekomatoz vəziyyətində yavarın 30-da saat 21.45 daxil olub.
Xəstə fevralın 3-də saat 07.30-da ölüb.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş