Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə öldü

Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə öldü


3-02-2020, 15:45

 

Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) verilən məlumata görə, 1977-ci il təvəllüdlü Şəki rayon sakini ağciyərlərin infiltrativ vərəmi (dağılma mərhələsi), kəskin ağciyər- ürək çatışmazlığı ilə təcili yardımla prekomatoz vəziyyətində yavarın 30-da saat 21.45 daxil olub.

Xəstə fevralın 3-də saat 07.30-da ölüb.

Şəffaflıq.az
Geri qayıt