“Şamaxı” komandasının yay hazırlıq planı açıqlanıb
“Şamaxı” futbol komandasının yay hazırlıq planı məlum olub. Bu barədə Şəffaflıq.az a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. Təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. İlk mərhələ iyulun 5-i Qəbələdə start götürəcək və iyulun 26-na qədər davam edəcək. İkinci mərhələ isə Şamaxıda baş tutacaq və avqustun 7-də bitəcək. Komanda hazırlıq zamanı 5 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların vaxtı hələlik məlum deyil.
Xəbəri paylaş
Facebook-da paylaş
