Azərbaycanlılar Rusiyadan deportasiya olundu
Ötən il Rusiyanın Tver vilayətindən deportasiya olunan 437 əcnəbi arasında azərbaycanlılar da var.
Vedtver.ru-nun verdiyi xəbərə görə, 2019-cu ildə inzibati xəta törətdiyi üçün ölkədən çıxarılması haqqında məhkəmənin qərarı olan şəxslərdən 437-si ilə bağlı qərar icra olunub.
Belə ki, Azərbaycan, Özbəkistan, Tacikistan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Qırğızıstan, Türkiyə vətəndaşları məhkəmə icraçıları tərəfindən cərimələnərək, Rusiyadan deportasiya olunublar.
Onların beş il ərzində bu ölkəyə girişi qadağan olunub.
Xəbəri paylaş
Facebook-da paylaş