Ermənistanın müdafiə naziri Yunanıstana yollanıb
Ermənistanın müdafiə naziri Suren Papikyan Yunanıstana səfərə yollanıb. Şəffaflıq.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. "Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 5-də Yunanıstana işgüzar səfərə yollanıb", - məlumatda bildirilib. 2023-cü ilin dekabrında Yunanıstana səfər zamanı iki ölkənin müdafiə nazirləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar.
Xəbəri paylaş
Facebook-da paylaş
