Əsas Səhifə > REGİON > Ermənistanın müdafiə naziri Yunanıstana yollanıb

Ermənistanın müdafiə naziri Yunanıstana yollanıb


5-05-2025, 10:46


Ermənistanın müdafiə naziri Suren Papikyan Yunanıstana səfərə yollanıb.

Şəffaflıq.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 5-də Yunanıstana işgüzar səfərə yollanıb", - məlumatda bildirilib.

2023-cü ilin dekabrında Yunanıstana səfər zamanı iki ölkənin müdafiə nazirləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar.


Geri qayıt