Azərbaycanın xizək alpinistləri İsveçrədə dünya kubokunda iştirak ediblər


Azərbaycanın xizək alpinistləri Nəzrin Qəribova və Seyid Sədrəddinov İsveçrənin Villars-Sur-Ollon qəsəbəsində keçirilmiş dünya kubokunda iştirak ediblər.

Şəffaflıq.az xəbər verir ki, qadın idmançımız 21 ölkədən olan 62 iştirakçı arasında yarışın sprint növü üzrə 33-cü yeri tutub.

Seyid Sədrəddinov isə 75 xizçəkçi arasında 67-ci yerə sahib olub. Yarışın qarışıq estafet növündə də qüvvəsini sınayan təmsilçilərimiz 42 cütlük arasında 37-ci yerdə qərarlaşıblar.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}