Əsas Səhifə > İdman > Azərbaycanın xizək alpinistləri İsveçrədə dünya kubokunda iştirak ediblər
Azərbaycanın xizək alpinistləri İsveçrədə dünya kubokunda iştirak ediblər6-04-2025, 09:58 |
Azərbaycanın xizək alpinistləri Nəzrin Qəribova və Seyid Sədrəddinov İsveçrənin Villars-Sur-Ollon qəsəbəsində keçirilmiş dünya kubokunda iştirak ediblər. Şəffaflıq.az xəbər verir ki, qadın idmançımız 21 ölkədən olan 62 iştirakçı arasında yarışın sprint növü üzrə 33-cü yeri tutub. Seyid Sədrəddinov isə 75 xizçəkçi arasında 67-ci yerə sahib olub. Yarışın qarışıq estafet növündə də qüvvəsini sınayan təmsilçilərimiz 42 cütlük arasında 37-ci yerdə qərarlaşıblar. Geri qayıt |