Polis “Anadolu”nun Misirdəki ofisində əməliyyat keçirdi - SAXLANILANLAR VAR

 

Misir polisi Türkiyənin “Anadolu” informasiya agentliyinin Qahirədə yerləşən ofisində əməliyyat keçirib.

Şəffaflıq.az apa-ya istinadən xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Əməliyyat nəticəsində agentliyin 4 nəfər əməkdaşı, o cümlədən Türkiyə vətəndaşı Hilmi Balcı saxlanılıb. Saxlanılanların hara aparılması barədə məlumat verilməyib.

Türkiyə Xarici İşlər Nazirliyi hadisəni qınayıb. Saxlanılan şəxslərin dərhal azad olunması tələb edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}