Əsas Səhifə > Dünya > Polis “Anadolu”nun Misirdəki ofisində əməliyyat keçirdi - SAXLANILANLAR VAR
Polis “Anadolu”nun Misirdəki ofisində əməliyyat keçirdi - SAXLANILANLAR VAR15-01-2020, 19:23 |
Misir polisi Türkiyənin “Anadolu” informasiya agentliyinin Qahirədə yerləşən ofisində əməliyyat keçirib. Şəffaflıq.az apa-ya istinadən xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. Əməliyyat nəticəsində agentliyin 4 nəfər əməkdaşı, o cümlədən Türkiyə vətəndaşı Hilmi Balcı saxlanılıb. Saxlanılanların hara aparılması barədə məlumat verilməyib. Türkiyə Xarici İşlər Nazirliyi hadisəni qınayıb. Saxlanılan şəxslərin dərhal azad olunması tələb edilib. Geri qayıt |