Tanınmış jurnalist, "Xalqxeber.Az” İnformasiya Agentliyinin Baş Redaktoru Peyman Sadıqov 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınıb. -FOTO
Tanınmış jurnalist, "Xalqxeber.Az” İnformasiya Agentliyinin Baş Redaktoru Peyman Sadıqov 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.
Onun sözlərinə görə, Şirvan şəhər əhalisinin bir qismi jurnalistin namizədliyinin irəli sürülməsi barədə təşəbbüsü ondan xahiş ediblər. Peyman Sadıqov açıqlamasında deyib ki, Şirvanlıların onu deputat görmək istəyib-istəməməsi onun üçün həddindən artıq vacib idi. Çünki daim Şirvanda sosial problemlərlə maraqlanmışam və çatışmamazlıqların aradan qaldırılması istiqamətində əlimdən gələni əsirgəməmişəm. Şirvanda şəhid ailələrinin, Qarabağ əlillərinin xüsusəndə məcburi köçkünlərin bütün çətinliklərində yanında olmaqla yanaşı onların sosial problemlərinin həll olunmasına köməklik göstərmişəm.
Vahid İsmayılov
Facebook-da paylaş
