Baş redaktorun deputatlığa namizədliyi qeydə alındı
 İlkxeber.org saytının baş redaktoru Xanoğlan Əhmədovun deputatlığa namizədliyi qeydə alınıb. Bu barədə jurnalist özü məlumat verib. X.Əhmədov namizədliyini 72 saylı Yardımlı-Masallı seçki dairəsindən irəli sürüb. Onun bu dairədən əsas rəqibi beşinci çağırış Milli Məclisin deputatı Musa Qasımlıdır. Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək
	
	
	
 	Xəbəri paylaş
	
			
        
 
         
 Facebook-da paylaş 
			








 