MSK generalın namizədliyini qeydə almadı

 

73 saylı Lənkəran şəhər seçki dairəsindən namizədliyini irəli sürən Azərbaycan Ordusunun keçmiş korpus komandiri, general Qabil Məmmədovun deputatlığa namizədliyi qeydə alınmayıb.

Şəffaflıq.az bildirir ki, bu barədə sosial şəbəkədəki hesabında o özü açıqlama yayıb.

Q.Məmmədov bildirib ki, 73 saylı Lənkəran şəhər seçki dairəsindən öz namizədliyini irəli sürsə də, qeydə alınmayıb: “Bildirmək istəyirəm ki, göstərdiyim səylərə baxmayaraq, yanvarın 9-da Mərkəzi Seçki Komissiyasında mövcud olan sistem mənim “İP adresimi” tanımadı. Bu səbəbdən sizlərin gözləntilərini doğrulda bilmədim. Allah vətənimiz Azərbaycanı qorusun!”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}