Bu gün Bakıda badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı start götürəcək.
Bu gün Bakıda badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı start götürəcək. Şəffaflıq.az-ın məlumatına görə, I qrupda yer alan Azərbaycan millisi ilk turda İngiltərə yığması ilə üz-üzə gələcək. Qarşılaşma saat 10:00-da start götürəcək. Qrupun digər görüşündə Danimarka İspaniya ilə görüşəcək. Bu matç da eyni saatda başlayacaq. Bu gün II qrupda Fransa - Almaniya və Niderland - Çexiya oyunları da təşkil ediləcək. Həmin qarşılaşmalar saat 15:00-da start götürəcək. Qeyd edək ki, Azərbaycan millisi fevralın 13-də İspaniya, 14-də isə Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək.
Xəbəri paylaş
Facebook-da paylaş
