“Bizim ölkədə İslamı yaymayın! - "Sizi öldürərik!..”

Bizə tolerantlıq aşılayıb, özü düşmənçiliyini bütün mümkün cəbhələrdə gizli-açıq davam etdirən Qərbin iç üzü budur... Naməlum şəxslər Çexiyanın cənub-şərqindəki Brno şəhərində yerləşən məscidi təhqir  edib. 
Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, bu haqda  jurnalistlərə açıqlamasında şəhər polisinin nümayəndəsi Boqumil Malaşek danışıb.
"Brnoda naməlum şəxslər məscidin divarına belə yazıblar: "Çex Respublikasında İslamı yaymayın! Bunu etsəniz, sizi öldürərik!»- deyə  polis bildirib. 
Hazırda hüquq-mühafizə orqanları  ekstremistləri axtarır. 
Məlumata görə, Brno şəhərində müsəlman ibadətgahı1998-ci ildən fəaliyyət göstərir. Məscid bir neçə dəfə təhqirlərə məruz qalıb. Binanın divarına müsəlmanları təhqir edən yazılar həkk edilib, pəncərələrinə daş atılıb.  Hücumlar daha çox Avropada müsəlman ölkələrindən mühacir böhranının son həddə çatdığı zamanlarda baş verib.
P.S. Bizə qondarma tolerantlıq, başqa din və mədəniyyətlərə qarşı dözümlülük, multikulturalizm aşılayıb, özü düşmənçiliyini bütün mümkün cəbhələrdə gizli-açıq davam etdirən Qərbin, Avropanın, ABŞ-ın iç üzü budur..
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}