Əsas Səhifə > Hadisə / Dünya > “Bizim ölkədə İslamı yaymayın! -
“Bizim ölkədə İslamı yaymayın! -6-01-2020, 09:45 |
Bizə tolerantlıq aşılayıb, özü düşmənçiliyini bütün mümkün cəbhələrdə gizli-açıq davam etdirən Qərbin iç üzü budur... Naməlum şəxslər Çexiyanın cənub-şərqindəki Brno şəhərində yerləşən məscidi təhqir edib. Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, bu haqda jurnalistlərə açıqlamasında şəhər polisinin nümayəndəsi Boqumil Malaşek danışıb. "Brnoda naməlum şəxslər məscidin divarına belə yazıblar: "Çex Respublikasında İslamı yaymayın! Bunu etsəniz, sizi öldürərik!»- deyə polis bildirib. Hazırda hüquq-mühafizə orqanları ekstremistləri axtarır. Məlumata görə, Brno şəhərində müsəlman ibadətgahı1998-ci ildən fəaliyyət göstərir. Məscid bir neçə dəfə təhqirlərə məruz qalıb. Binanın divarına müsəlmanları təhqir edən yazılar həkk edilib, pəncərələrinə daş atılıb. Hücumlar daha çox Avropada müsəlman ölkələrindən mühacir böhranının son həddə çatdığı zamanlarda baş verib. P.S. Bizə qondarma tolerantlıq, başqa din və mədəniyyətlərə qarşı dözümlülük, multikulturalizm aşılayıb, özü düşmənçiliyini bütün mümkün cəbhələrdə gizli-açıq davam etdirən Qərbin, Avropanın, ABŞ-ın iç üzü budur.. Şəffaflıq.az
Geri qayıt |