Şeyxin Londona qaçan arvadı onu öldürtmək istəyib - İddia
Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, iddialara görə, şahzadə Haya sevgilisi Rassl Flauerslə birlikdə şeyxi öldürmək üçün muzdlu qatil axtarışına çıxıb. Flauers hətta ingilis St Mİ6 adlı təqaüddə olan agentin köməyi ilə Rusiyanın Sankt-Peterburq şəhərində mafiya üzvlərindən biri ilə əlaqə yaradıb. Mənbənin bildirdiyinə görə, şahzadə Haya ilə qardaşı Əli Şeyx Maktumu öldürməkdə qərarlı olublar. Bunun üçün hətta büdcə də ayırıblar.
Bundan başqa, İngiltərənin xüsusi kəşfiyyat orqanları Haya ilə Əlinin sui-qəsd planlarından xəbərdar olub. Həmçinin, kəşfiyyatın Şeyx Maktumun bəzi zabitlərinin şahzadə Haya ilə gizli əlaqədə olmasından da xəbəri var. Ancaq London, təəccüblü də olsa, bu məlumatların heç birini Dubaya çatdırmayıb. Xatırladaq ki, şahzadə Haya ilin əvvəlində 39 milyon dollar götürərək uşaqları ilə birlikdə İngiltərəyə qaçıb. Sığınacaq tələbi rədd edilən Hayaya İordaniya kralı olan qardaşı II Abdullah bin Hüseyn dəstək olmuş və onun ölkəsinin Londondakı səfirliyində diplomat təyin olunması haqqında əmr vermişdi. Hayanın diplomat olmaq üçün müraciəti London hökuməti tərəfindən qəbul edilmişdi. Şahzadə bundan sonra özünə komanda yığmağa başlayıb. O, üstünlüyü əsasən jurnalistlərə və medianın qabaqcıl şəxslərinə verib. “Qafqazinfo”Şəffaflıq.az
Facebook-da paylaş