Səudiyyə şahzadəsi Bağdadinin ölümünü “yeni dövrün başlanğıcı” adlandırdı və Trampı təbrik etdi

 

Şəffaflıq.az xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ prezidenti ilə telefon söhbəti zamanı Suriyada Amerika hərbçiləri tərəfindən İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl Bağdadinin məhv edilməsini “yeni dövrün başlanğıcı” adlandırıb.

Məlumatı krallığın Xarici İşlər Nazirliyi “Tvitter” sosial şəbəkəsində yayıb.

Vəliəhd deyib: “Bu əməliyyat yeni dövrün təməlini qoyub və terrorçuluq, esktremizm və nifrətə qarşı müharibədə tarixi addıma çevrilib”. Şahzadə bu münasibətlə ABŞ prezidentini təbrik edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}