Gürcüstanın Baş naziri: Xaricdən seçkilərə misli görünməmiş müdaxilə var


Gürcüstanın Baş naziri İrakli Kobaxidze 26 oktyabrda keçirilməsi planlaşdırılan parlament seçkiləri prosesinə xaricdən misli görünməmiş müdaxilə olduğunu bəyan edib.

Şəffaflıq.az Rusiya KİV-ə istinadən xəbər verir ki,İ.Kobaxidze bunu jurnalistlərə bildirib.

"Belə müdaxilələr əvvəllər də olub, lakin cari seçkilərə xaricdən müdaxilə xüsusilə intensivdir. Nə o zaman, nə də indi heç kim gürcü xalqının iradəsini öz istədiyi kimi formalaşdıra bilməz. Buna görə də bu müdaxilənin heç bir effekti olmayacaq", - o bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}