Əsas Səhifə > REGİON > Gürcüstanın Baş naziri: Xaricdən seçkilərə misli görünməmiş müdaxilə var
Gürcüstanın Baş naziri: Xaricdən seçkilərə misli görünməmiş müdaxilə var27-09-2024, 15:44 |
Gürcüstanın Baş naziri İrakli Kobaxidze 26 oktyabrda keçirilməsi planlaşdırılan parlament seçkiləri prosesinə xaricdən misli görünməmiş müdaxilə olduğunu bəyan edib. Şəffaflıq.az Rusiya KİV-ə istinadən xəbər verir ki,İ.Kobaxidze bunu jurnalistlərə bildirib. "Belə müdaxilələr əvvəllər də olub, lakin cari seçkilərə xaricdən müdaxilə xüsusilə intensivdir. Nə o zaman, nə də indi heç kim gürcü xalqının iradəsini öz istədiyi kimi formalaşdıra bilməz. Buna görə də bu müdaxilənin heç bir effekti olmayacaq", - o bildirib. Geri qayıt |