Putin 34 ölkənin BRİCS-ə qoşulmaq istədiyini bəyan edib


Artıq 34 ölkə bu və ya digər formada BRİCS-ə qoşulmaq arzusunu ifadə edib.

Şəffaflıq.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Biz Kazan sammitində üzvlük üsullarını müzakirə edəcəyik”, - o qeyd edib.

Qeyd edək ki, BRİCS sammiti bu il oktyabrın 22-24-də Kazanda keçiriləcək.

Hazırda BRİCS-in doqquz üzvü var - Braziliya, Hindistan, Çin, Rusiya, Cənubi Afrika, BƏƏ, İran, Misir və Efiopiya.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}