Əsas Səhifə > REGİON > Putin 34 ölkənin BRİCS-ə qoşulmaq istədiyini bəyan edib
Putin 34 ölkənin BRİCS-ə qoşulmaq istədiyini bəyan edib12-09-2024, 12:51 |
Artıq 34 ölkə bu və ya digər formada BRİCS-ə qoşulmaq arzusunu ifadə edib. Şəffaflıq.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Biz Kazan sammitində üzvlük üsullarını müzakirə edəcəyik”, - o qeyd edib. Qeyd edək ki, BRİCS sammiti bu il oktyabrın 22-24-də Kazanda keçiriləcək. Hazırda BRİCS-in doqquz üzvü var - Braziliya, Hindistan, Çin, Rusiya, Cənubi Afrika, BƏƏ, İran, Misir və Efiopiya. Geri qayıt |