İran Prezidenti İraqa yola düşüb


İran Prezidenti Məsud Pezeşkian İraqın paytaxtı Bağdada yola düşüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

M.Pezeşkianın qonşu ölkəyə səfəri İraqın Baş naziri Məhəmməd Şia Əl-Sudaninin dəvəti ilə həyata keçirilir.

İranın hökumət başçısı İraqda bir sıra rəsmi görüşlər keçirəcək, həmçinin səfər çərçivəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Bu, onun prezident kimi ilk xarici səfəridir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}