Əsas Səhifə > REGİON > İran Prezidenti İraqa yola düşüb

İran Prezidenti İraqa yola düşüb


11-09-2024, 10:32


İran Prezidenti Məsud Pezeşkian İraqın paytaxtı Bağdada yola düşüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

M.Pezeşkianın qonşu ölkəyə səfəri İraqın Baş naziri Məhəmməd Şia Əl-Sudaninin dəvəti ilə həyata keçirilir.

İranın hökumət başçısı İraqda bir sıra rəsmi görüşlər keçirəcək, həmçinin səfər çərçivəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Bu, onun prezident kimi ilk xarici səfəridir.


Geri qayıt