Azərbaycanlı üzgüçü: Gələcəkdəki yarışlarda daha yüksək yerlərdə qərarlaşmaq istəyirəm


Gələcəkdəki yarışlarda daha yüksək yerlərdə qərarlaşmaq istəyirəm.

“Report”un Parisə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edən Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah deyib.

O, təsnifat mərhələsində 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 35-ci yeri tutması barədə danışıb:

"Əslində yarış mənim üçün pis keçmədi. Mənim üzdüyüm 50 metr məsafədə 79 idmançı mübarizə aparırdı. Bu isə rəqabətin çox olmasından xəbər verir. Olimpiadalardakı ikinci çıxışımda ən yaxşı nəticəmi göstərdim. Gələcəkdəki yarışlarda daha yüksək yerlərdə qərarlaşmaq istəyirəm".

Qeyd edək ki, Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla üzmədə 26.76 saniyə göstərici ilə ümumi nəticələrə əsasən 35-ci yeri tutub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}