Azərbaycan üzgüçüsü beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan milli komandasının üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.
Federasiyadan "Report"a verilən məlumata görə, ilkin mərhələdə 96 idmançı arasında finala vəsiqə əldə edən Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı 50 metr məsafəyə sərbəst üsulla üzmədə 26.83 saniyə nəticəyə imza atıb. Şeyxəlizadəxangah bu göstərici ilə ölkə və şəxsi rekordunu yeniləyib.
Yığmanın baş məşqçisi Rəşad Əbdürəhmanovun sözlərinə görə, üzgüçünün çıxışında lisenziya normativi üçün çöx cüzi vaxt çatışmazlığı olub: "Ümidvarıq ki, növbəti yarışlarda o, dünya çempionatına vəsiqə qazana biləcək".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}