Müctəba Amani:İran həmişə regionda gərginliyin azaldılmasına çalışır və müharibə istəmir.
İran həmişə regionda gərginliyin azaldılmasına çalışır və müharibə istəmir. Şəffaflıq.az xəbər verir ki, bu sözləri İranın Livandakı səfiri Müctəba Amani mümkün İsrail-Livan müharibəsi haqda danışarkən deyib. O bildirib ki, buna baxmayaraq, İran və müqavimət qüvvələri müharibədən qorxmur və müqavimət bütün gücü və imkanları ilə İsrailin qarşısına çıxsa, Təl-Əviv başına nə gələcəyini təsəvvür belə edə bilməz. Qeyd edək ki, Livandan atılan raket Qolan təpələrindəki Məcdəl-Şəms yaşayış məntəqəsində stadiona düşüb, nəticədə 9 nəfər ölüm, 30 nəfər yaralanıb. İsrailin buna cavab verəcəyi gözlənilir.
Xəbəri paylaş
Facebook-da paylaş