Lavrov Baqiri ilə regiondakı vəziyyəti müzakirə edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri ilə görüşüb. Şəffaflıq.az xəbər verir ki, görüş BMT-nin mənzil-qərargahında baş tutub. Tərəflər iqtisadi əlaqələri və regiondakı vəziyyəti müzakirə ediblər. Lavrov Əli Baqiriyə Rusiyaya səfərə dəvətini xatırladıb: "Unutmayın ki, Rusiyaya səfər etmək üçün mənim dəvətim var, bir şəhər seçin - Moskva, Həştərxan, Murmansk". Lavrov daha əvvəl Nyu-Yorka gəlib və orada BMT Təhlükəsizlik Şurasında nazirlərin debatına sədrlik edəcək.
Xəbəri paylaş
Facebook-da paylaş