Əsas Səhifə > REGİON > Lavrov Baqiri ilə regiondakı vəziyyəti müzakirə edib

Lavrov Baqiri ilə regiondakı vəziyyəti müzakirə edib


17-07-2024, 09:33


Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri ilə görüşüb.

Şəffaflıq.az xəbər verir ki, görüş BMT-nin mənzil-qərargahında baş tutub.

Tərəflər iqtisadi əlaqələri və regiondakı vəziyyəti müzakirə ediblər.

Lavrov Əli Baqiriyə Rusiyaya səfərə dəvətini xatırladıb:

"Unutmayın ki, Rusiyaya səfər etmək üçün mənim dəvətim var, bir şəhər seçin - Moskva, Həştərxan, Murmansk".

Lavrov daha əvvəl Nyu-Yorka gəlib və orada BMT Təhlükəsizlik Şurasında nazirlərin debatına sədrlik edəcək.


Geri qayıt