Azərbaycan boksçuları Rusiyadakı turniri dörd medalla başa vurublar
Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında boks yarışları başa çatıb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli komandamız turniri 4 medalla başa vurub. Yarışın son günündə Nihad Qasımov (48 kq) gümüş medala yiyələnib. Ondan əvvəl isə Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) 3-cü yeri tutublar. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş