Əsas Səhifə > İdman > Azərbaycan boksçuları Rusiyadakı turniri dörd medalla başa vurublar
Azərbaycan boksçuları Rusiyadakı turniri dörd medalla başa vurublar5-07-2024, 15:43 |
Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında boks yarışları başa çatıb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli komandamız turniri 4 medalla başa vurub. Yarışın son günündə Nihad Qasımov (48 kq) gümüş medala yiyələnib. Ondan əvvəl isə Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) 3-cü yeri tutublar. Şəffaflıq.az Geri qayıt |