"Barselona"nın yarımmüdafiəçisi azad agent olub
İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Serxi Roberto rəsmən azad agent olub. Şəffaflıq.az xəbər verir ki, futbolçu klubla müddəti iyunun 30-da başa çatan müqaviləni yeniləməmək qərarına gəlib. 32 yaşlı yarımmüdafiəçi ilə "İnter" və "Jirona" klubları maraqlanır. Qeyd edək ki, S.Roberto ötən mövsüm bütün turnirlərdə 24 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Xəbəri paylaş
Facebook-da paylaş