Əsas Səhifə > FUTBOL > "Barselona"nın yarımmüdafiəçisi azad agent olub

"Barselona"nın yarımmüdafiəçisi azad agent olub


1-07-2024, 10:07


İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Serxi Roberto rəsmən azad agent olub.

Şəffaflıq.az xəbər verir ki, futbolçu klubla müddəti iyunun 30-da başa çatan müqaviləni yeniləməmək qərarına gəlib.

32 yaşlı yarımmüdafiəçi ilə "İnter" və "Jirona" klubları maraqlanır.

Qeyd edək ki, S.Roberto ötən mövsüm bütün turnirlərdə 24 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.


Geri qayıt