PSJ futbol komandasının argentinalı hücumçusu Lionel Messi Fransa Birinci Liqasında ötən ayın oyunçusu seçilib.


PSJ futbol komandasının argentinalı hücumçusu Lionel Messi Fransa Birinci Liqasında ötən ayın oyunçusu seçilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, argentinalı futbolçu səslərin 57 %-ni qazanıb. Sentyabrda o, Fransa çempionatında üç oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib.

Otuz beş yaşlı argentinalı cari mövsüm Paris klubunun heyətində bütün turnirlərdə 14 oyuna çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}